“Qarabağ” – “Kukesi” matçını kim idarə edəcək?

12:17 29 İyul 2018

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” - “Kukesi” matçının hakimləri məlum olub.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Matça baş hakim kimi Peter Kralovic çıxacaq. Miroslav Benko və Erik Veiss yan xətt hakimi, Patrik Hrka isə ehtiyat hakim olacaq.

 

“Qarabağ” - “Kukesi” matçı avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq. Ağdam klubu səfərdə keçirilən ilk oyunda 0:0 hesablı nəticə əldə edib.


Digər xəbərlər

Xəbər xətti