PSJ Superkubok matçına ciddi itkilərlə çıxacaq?

Sportarena.az      29 İyul 2018, 21:32

Avqustun 4-də Fransa Superkuboku uğrunda oyunda “Monako” ilə qarşılaşacaq PSJ görüşə ciddi itkilərlə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, Paris klubunun hücumçusu Edinson Kavaninin matçı buraxacağı dəqiqləşib. DÇ-2018-in 1/8 final mərhələsinin Portuqaliya ilə matçında (2:1) zədələnən uruqvaylı forvard hələ də sağalmayıb. Kavani yaxın günlərdə Fransaya yollanacaq və müalicəsini orada davam etdirəcək.

 

Komandanın digər aparıcı hücumçusu Neymarın isə “Monako” ilə matçda meydana çıxıb-çıxmayacağı sual altındadır. Markinyoş və Tyaqo Silva isə vacib oyunda komandalarına kömək edə biləcəklər.

Qeyd edək ki, Fransa çempionu PSJ ilə ölkə kubokubun sahibi “Monako” arasında Superkubok oyunu avqustun 4-də Çində keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin