Ayaz Quliyev mövsümə qələbə ilə başladı

10:15 30 İyul 2018

Futbol üzrə Rusiya Premyer Liqasında yeni mövsümə start verilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da 2018/19 mövsümündə ilk matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Axmat”la qarşılaşıb. Quliyevin komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

 

Ayaz da bu görüşün iştirakçısı olub. O, matçın 69-cu dəqiqəsində meydana buraxılıb.


Xəbər xətti