Ramil Şeydayev oynadı, "Trabzonspor" qalib gəldi

10:49 30 İyul 2018

Millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Trabzonspor” növbəti yoxlama görüşü keçirib.

 

Sportarena.az xəbər verir ki, qaradənizlilər aşağı liqa təmsilçisi “Samsunspor”la qüvvəsini sınayıb. Oyuna ehtiyatdan başlayan Şeydayev fasilədən sonra meydana daxil olub. “Trabzonspor” ikinci hissədə 3 qol vuraraq böyükhesablı qələbə qazanıb – 3:0.

 

Qolları Pereyra, Amiri və Muhammet Bəşir rəqib qapısından keçirib.


Xəbər xətti