Millimizin üzvü Türkiyənin Birinci liqa klubunda

11:21 30 İyul 2018

Millimizin futbolçusu Ufuk Budakın yeni klubu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, milliləşdirilmiş futbolçu Türkiyənin Birinci liqasında çıxış edən "Boluspor”la müqavilə bağlayıb. Bu barədə Bolu təmsilçisinin rəsmi saytı məlumat yayıb. 28 yaşlı sol cinah müdafiəçisi ilə 1 illik müqavilə bağlanılıb.

 

Qeyd edək ki, ötən mövsüm "Samsunspor”da forma geyinən Ufuk Budak, karyerası ərzində Almaniyanın "SSV Ulm 1846", "Frayburq" (II komanda), Türkiyənin "Əskişəhərspor", "Manisaspor”, "Kayserispor” və "Qaziantep BB” klublarında çıxış edib.


Xəbər xətti