Qurban Qurbanov Londona gedir

14:48 30 İyul 2018

Millimizin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov DÇ-2018-in yekunlarına həsr edilən tədbirə dəvət olunub.

 

Sportarena.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. Qitənin ali futbol qurumuna üzv olan 211 milli assosiasiyanın baş məşqçiləri və 6 konfederasiyanın üzvləri İngiltərənin paytaxtı Londonda təşkil olunacaq tədbirdə iştirak edəcək.
 

 


Qeyd edək ki, sentyabrın 23-də keçiriləcək təbdirdə ilin ən yaxşı məşqçisi və futbolçusu da elan ediləcək.


Xəbər xətti