“Atletiko”dan 70 milyonluq transferini təqdim etdi

17:18 30 İyul 2018

“Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Madrid təmsilçisi “Monako”dan Tomas Lemarı transfer edib. Bu barədə klubun rəsmi saytı xəbər verib. Fransız futbolçu ilə 5 illik müqavilə imzalanıb.

 

“Atletiko” Lemar üçün “Monako”ya 70 milyon avro ödəyəcək. 22 yaşlı futbolçu yeni klubunda 11 nömrəli formanı geyinəcək.


Digər xəbərlər

Xəbər xətti