“Kukesi”nin kapitanı: "Qarabağ" ötən illə müqayisədə əvvəlki gücündə deyil"

23:00 31 İyul 2018

“Qarabağ” sabah Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Kukesi”ni qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Albaniya klubunun kapitanı Yilli Şameti sabahkı görüşlə bağlı fikirlərini bildirib:

 

- Bizi sabah çətin qarşılaşma gözləyir. Biz ilk oyunda yaxşı nəticə qazanmışıq. Sabah əlimizdən gələnin ən yaxşısını edəcəyik.

 

- "Qarabağ"da çəkindiyiniz hansısa futbolçu varmı? 
- Hiss olunur ki, "Qarabağ" ötən illə müqayisədə əvvəlki gücündə deyil. Kimisə xüsusi olaraq fərqləndirmək istəmirəm.


Xəbər xətti