Şəhriyar Məmmədyarov Karlsenə qalib gəlib çempion oldu

00:02 1 Avqust 2018

İsveçrənin Bil şəhərində şahmat üzrə super turnir davam edir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov 9-cu turda dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Beş gün əvvəl qara fiqurlarla Karlsenə məğlub olmamış Məmmədyarov bu dəfə ağ fiqurlarla rəqibi ilə daha üstün oynayaraq, qalib gəlib.

 

Bu uğurdan sonra Şəhriyar Məmmədyarovun 7 xalı oldu. Maqnus Karlsen isə beş xal toplayıb. Qələbədən sonra turnirin sonuna bir tur qalmış Şəhriyar Məmmədyarov yarışın qalibi adını qazanıb.


Digər xəbərlər

Xəbər xətti