"Atletiko" daha bir transferini təqdim etdi

11:17 1 Avqust 2018

İspaniyanın “Atletiko” klubunun Portuqaliya “Sportinq”indən ayrılan Jelson Martinslə anlaşdığını xəbər vermişdik.

 

Sportarena.az xəbər verir ki, Madrid təmsilçisi yeni futbolçusunu ictimaiyyətə təqdim edib. Martins yeni klubunda 18 nömrəli formanı geyəcək. 23 yaşlı yarımmüdafiəçi azad agent kimi “Atletiko”ya keçib. O, “Atletiko” ilə 5 illik müqaviləyə imza atıb.

 

Transfer dəyəri 35 milyon avro olan Martins ispanlara havayı başa gəlib. O, Lissabon təmsilçisindən azad agent kimi ayrıldığından, yeni klubu ona görə heç bir təzminat ödəməyib.

 

Xatırladaq ki, azarkeşlərin klubun bazasına hücumundan sonra “Sportinq”i tərk edən futbolçulardan biri də məhz portuqaliyalı hücumçu idi.


Digər xəbərlər

Xəbər xətti