Ramin Musayevdən kubok açıqlaması: "Say azlığı işimizi çətinə salır"

14:20 1 Avqust 2018

Azərbaycan kubokunda 1/16 final mərhələsinin ləğv edilməsinin səbəbi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report"a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. Təşkilatçı qurumun rəhbəri bildirib ki, komanda sayı az olduğu üçün yarışa 1/8 final mərhələsindən başlamağa məcbur olublar:

 

"İndiki durumda turnirin qrup mərhələsi formatında təşkili də uyğun deyil. Cəmi 14 komanda olacaq - Premyer Liqadan 8, I diviziondan isə 6 kollektiv. Əvəzedici komandaları yarışa buraxa bilmərik. Çox istəyirdik ki, yenilik edək. Amma ortada olan budur. Say azlığı işimizi çətinə salır. Hələ kubokda 14 iştirakçının olmağı, yəni I divizondan 6 komandanın gəlməsi sual altındadır”.


Digər xəbərlər

Xəbər xətti