Luçano Spaletti ilə bağlı qərar verildi

16:33 1 Avqust 2018

İtaliyanın “İnter” klubu baş məşqçisi Luçano Spaletti ilə müqaviləni yeniləyib.

 

Sportarena.az xəbər verir ki, 58 yaşlı mütəxəssis növbəti 3 ildə də “neradzurra”nı çalışdıracaq. Bu barədə İtaliyanın “Football İtalia” nəşri məlumat verib. Spaletti 2016-cı ildən “İnter”in “sükanı arxasında"dır.

 

Milan təmsilçisi son mövsümdə A seriyasını 4-cü pillədə başa vuraraq, Çempionlar Liqasına vəsiqə qazanıb.


Xəbər xətti