"Mançester Yunayted"in düşərgəsində qalmaqal

16:48 1 Avqust 2018

"Mançester Yunayted" futbolçusu Anton Marsyalı 250 min dollar məbləğində cərimələyib.

 

Sportarena.az xəbər verir ki, buna onun komandanın ABŞ-dakı düşərgəsini özbaşına tərk etməsi səbəb olub. Uşağı dünyaya gəldiyi üçün Parisə gedən 22 yaşlı hücumçu baş məşqçi Joze Mourinyonun tələbinə baxmayaraq, 8 gündür ABŞ-a qayıtmayıb.

 

Qeyd edək ki, "Mançester Yunayted"in Marsyalla yolları ayıra biləcəyi iddia olunur.


Xəbər xətti