Kunqu: "Qarabağ"la "Kukesi" arasında səviyyə fərqi çoxdur"

23:39 1 Avqust 2018

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında “Qarabağ”a uduzaraq (0:3), mübarizəni dayandıran Albaniyanın “Kukesi” klubunun baş məşqçisi Armandu Kunqu oyunsonrası mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandırıb.

 

– Məğlubiyyətinizdə həlledici məqam nə oldu? 

– “Qarabağ” uğurlu komandadır. Dürüst olsaq, komandalar arasında səviyyə fərqi çoxdu.

 

– Bu cür oyunla Avropa Liqasında nəyə ümid edirsiniz?

– İlk növbədə rəqibin kimliyini bilməliyik. Sabah yola çıxacağıq. Növbəti oyun üçün 5 gün vaxtımız var. Hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik.


Digər xəbərlər

Xəbər xətti