“Qarabağ” - BATE görüşləri nə vaxt keçiriləcək?

11:35 2 Avqust 2018

“Kukesi”ni mübarizədən kənarlaşdıran "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində BATE (Belarus) ilə qarşılaşacaq.

 

Sportareba.az xəbər verir ki, “Qarabağ”ın ÇL-in 3-cü təsnifat mərhələsindəki oyunlarının vaxtı açıqlanıb. Tərəflər arasında ilk oyun avqustun 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21:00-da start götürəcək. 

 

Cavab qarşılaşması isə avqustun 14-də olacaq. "Borisov Arena"da keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


Xəbər xətti