Tarixi uğura imza atan ağır atletlərimiz vətənə qayıtdı - VİDEO

13:12 2 Avqust 2018

İtaliyanın Milan şəhərində 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilib.

 

Sportarena.az xəbər verir ki, 40-a yaxın ölkədən 300-dən çox atletin iştirak etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxıblar. Yeniyetmələrdən ibarət yığma komandamız toplamda 4 qızıl, 1 gümüş və 2 bürünc, ümumilikdə isə, ayrı-ayrılıqda birdən və təkanla qaldırma hərəkətləri, həmçinin toplamdakı medallar nəzərə alınmaqla 22 medal qazanıb. Bu göstəricidə Azərbaycan 25 medal qazanan Türkiyə yığmasından sonra 2-ci olub. Medallarla yanaşı, atletlərimiz milli komandanın aktivinə xallar da yazdırıblar. Nəticədə yığmamızın üzvləri cəmi 550 xal toplayıblar.

 

Bunun sayəsində Azərbaycan yığması Bolqarıstan və Türkiyə millilərini arxada qoyaraq komanda hesabında Avropa birinciliyinin qalibi adına layiq görülüb. Tarixi uğura imza atan ağır atletlərimiz artıq vətənə qayıdıb. Onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ağır atletika üzrə yığma üzvləri, məşqçilər və federasiya rəsmiləri qarşılaşıb.

 

Yığmanın baş məşqçisi Asif Məmmədov və qızıl medal qazanan idmançılar Avropa birinciliyi ilə bağlı təəssüratlarını bölüşüblər.

 

AAAF-ın baş katibi Rizvan Rəsulov da yarışla bağlı fikirlərini bildirib. Böyük heyətlə yarışa yollanan idmançılarımızın Avropa birinciliyində möhtəşəm çıxış edərək vətənimizi layiqincə təmsil etdiyini diqqətə çatıdırıb.

 

Milanda keçirilən Avropa birinciliyində qeydə alınan nəticələr onu deməyə əsas verir ki, qarşıdakı yarışlarda yeniyetmə və gənc atletlərimiz daha böyük zirvələri fəth etməyə qadirdirlər.


Digər xəbərlər

Xəbər xətti