"Qarabağ" mərhələ adladı, milyon qazandı

13:39 2 Avqust 2018

"Qarabağ" klubunun cari mövsümdə Çempionlar Liqasından əldə etdiyi qazancı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, xəbər verir ki, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinə yüksəlməsi qarşılığında artıq ümumilikdə 1,14 milyon avroya sahib olub.

 

Bu məbləğin 280 min avrosu Azərbaycan çempionunun Avropanın ən nüfuzlu klub turnirində iştirak etməsi səbəbindən çatacaq. Daha 380 min avro I təsnifat mərhələsində Sloveniya "Olimpiya"sını üstələdikdən (1:0, 0:0) sonra klubun hesabına daxil olacaq. 480 min avro isə II təsnifat mərhələsində Albaniya  "Kukesi"ni (0:0, 3:0) keçməsi ilə əlaqədar qazanılıb.  

 

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Belarus BATE-si ilə üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti