"Kukesi"nin prezidenti: "Hakim "Qarabağ"ın 12-ci oyunçusu idi"

15:49 2 Avqust 2018

"Hakim idarəçiliyi bərbad və faciəvi idi. Baş hakim Peter Kralviç "Qarabağ"ın 12-ci oyunçusu kimi çıxış etdi".

 

Sportal.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmasında "Qarabağ"a 0:3 hesabı ilə uduzan "Kukesi"nin prezidenti Safet Qyiçi deyib. Albaniya təmsilçisinin başqanı öz futbolçularını da tənqid edib:


"Oyunun nəticəsi məni məyus etdi. Şkodaradakı oyunda da zəif çıxış etmişdik. Amma bu dəfə çox qorxaq oynadıq. Çətin olacağını bilirdik, amma belə oyun gözləmirdik. Qollar öz səhvimizdən vuruldu. İlk qol oyunun qırılma nöqtəsi oldu. Biz özümü itirdik, "Qarabağ" isə hücumlar etdi".

 

Qeyd edək ki, "Kukesi" mübarizəni Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcək.


Digər xəbərlər

Xəbər xətti