Bonuççi "Yuventus"a qayıtdı

16:15 2 Avqust 2018

"Milan"nın futbolçusu Leonardo Bonuççi karyerasını "Yuventus"da davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki,  31 yaşlı müdafiəçi  tibbi müayinədən keçmək üçün Turin təmsilçisinin bazasına gedib. Onunla 5 illik müqavilə imzalanacağı gözlənilir.

 

Qeyd edək ki, L.Bonuççi 2017-ci ildə məhz "Yuventus"dan "Milan"a 40 milyon avroya transfer olunmuşdu.


Xəbər xətti