İquain "Milan"ın bazasında

16:34 2 Avqust 2018

"Yuventus"un futbolçusu Qonzalo İquainin "Milan"a keçidi gerçəkləşmək üzrədir.

 

Sportarena.az xəbər verir ki,  argentinalı hücumçu "Milan"da tibbi müayinədən keçib. Onun yaxın saatlarda rəsmi müqaviləyə imza atacağı gözlənilir.

 

Qeyd edək ki, "Milan"ın bu transfer üçün 54 milyon avro ödəyəcəyi iddia olunur. İquainin isə yeni klubunda ilinə 9 milyon 500 min avro qazanacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti