"Neftçi"də yeni müqavilə

17:33 2 Avqust 2018

"Neftçi” daha bir futbolçu ilə yeni müqavilə imzalayıb.

 

Sportarena.az xəbər verir ki, Mirabdulla Abbasovla müqavilənin müddəti 2019/2020 mövsümünün sonunadək artırılıb. Ötən mövsüm 30 oyunda 6 qol vuran 23 yaşlı hücumçunun bundan əvvəlki müqaviləsinin müddəti 2018/2019 mövsümünün sonuna kimi idi.  

 


Qeyd edək ki, "Neftçi" bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəhman Hacıyev, Anton Krivotsyuk, Soni Mustivar və Namiq Ələskərovla müqavilə yeniləyib.

 


Xəbər xətti