"Zirə" serbiyalı futbolçu ilə gücləndi

17:51 2 Avqust 2018

"Zirə” növbəti transferini həyata keçirib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi  Miloş Radivoyeviçi transfer edib. Serbiyalı müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb.

 

Qeyd edək ki, 28 yaşlı futbolçunun sonuncu klubu İsrailin “Hapoel” (İroni Kiryat-Şimona) olub. O, daha əvvəl ölkəsinin “Sindeliç”, “Borça”, “İnciya”, “Vozdovaç”, “Radinski”, “Rad” klublarında çıxış edib.


Digər xəbərlər

Xəbər xətti