BATE "Qarabağ"a qarşı bu heyətlə oynayacaq - SİYAHI

01:53 3 Avqust 2018

Belarusun BATE klubu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Azərbaycan çempionu “Qarabağ”la oyunlar üçün iştirak ərizəsini UEFA-ya ntəqdim edib.

 

Sportarena.az xəbər verir ki, Borisov təmsilçisi bütövlükdə 26 futbolçu sifariş edib. Onlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 7-si yarımmüdafiəçi, 7-si isə hücumçudu.

 

Qeyd edək ki, "Qarabağ" və BATE arasında ilk matç avqustun 7-də Bakıda, cavab görüşü isə ayın 14-də Borisovda baş tutacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 

Qapıçılar: 30. Aleksey Çernıx, 35. Anton Çiçkan, 48. Denis Şerbiçki;

Müdafiəçilər: 4. Aleksandr Filipoviç, 5. Yevgeni Yablonski, 6. Nikola Vasileviç, 17. Aleksey Rios, 19. Nemanya Milunoviç, 21. Yeqor Filipenko, 23. Zaxar Volkov, 34. Artyom Şkurdyuk, 42. Maksim Volodko;

Yarımmüdafiəçilər: 7. Yevgeni Beryozkin, 8. Stanislav Draqun, 10. Mirko İvaniç, 11. Aleksandr Qleb, 22. İqor Staseviç, 25. Dmitri Baqa, 43. Aleksandr Nemirko;

Hücumçular: 13. Nikolay Siqneviç, 15. Maksim Skaviş, 24. Yasse Tuminen, 37. İlya Sen, 45. Vladislav Muxamedov, 52. Kiril Yermakoviç, 62. Mixail Qordeyçuk.


Digər xəbərlər

Xəbər xətti