"Milan"la "Yuventus" onları rəsmən dəyişdilər

11:08 3 Avqust 2018

İtaliya çempionu “Yuventus”la “Milan” arasında üç futbolçudan ibarət transfer bazarlığı nəhayət ki, tam rəsmiləşib.

 

Sportarena.az xəbər verir ki, “Milan” Turin təmsilçisinin argentinalı hücumçusu Qonsalo İquayn ilə italiyalı müdafiəçisi Mattia Kaldaranı heyətinə qatıb. Əvəzində “Yuventus” da milanlıların təcrübəli arxa xətt oyunçusu Leonardo Bonuççini transfer edib.

 

Argentina yığmasının da formasını geyinən İquayn “Milan”a icarə əsasında keçib. Milanlılar 30 yaşlı futbolçunun icarəsinə görə qarşı tərəfə 18 milyon avro ödəyəcəklər. Klub mövsümün sonunda Qonsalonun transfer hüququnu almaq üçün isə əlavə 36 milyon avrosundan keçməlidi.

 

Xatırladaq ki, İquayn iki il əvvəl “Napoli”dən “Yuventus”a 90 milyon avroya transfer edilmişdi. O, geridə qalan mövsümdə rəqib qapılarından 16 qol keçirib.

 

Kaldara isə “Milan”a birdəfəlik transfer olunub. 24 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.

 

“Yuventus” bu iki oyunçusunun əvəzində qarşı tərəfdən Leonardo Bonuççini transfer edib. 31 yaşlı italiyalı futbolçu “Milan”a ötən mövsümün əvvəlində elə Turin klubundan, 42 milyon avroya transfer edilmişdi. Lakin bu iki klub həm Bonuççiyə, həm də Kaldaraya 35 milyon avro qiymət qoyub. Bir sözlə, bu iki futbolçu dəyişdirilib.


Xəbər xətti