"Barselona" senaqallı müdafiəçini transfer etdi

14:30 3 Avqust 2018

“Barselona” heyətini yeni futbolçu ilə gücləndirir.

 

Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisi seneqallı müdafiəçi Mussa Vaqeni transfer etməyə hazırlaşır. Bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat verib. 19 yaşlı futbolçu bu gün Kataloniyaya gələrək, tibbi müayinədən keçəcək. Transferin detalları isə hələ açıqlanmayıb. Son mövsümü Belçikanın “Eypen” klubunda keçirən müdafiəçi, Yupiler Liqada 26 qarşılaşmada forma geyinib.  

 

Vaqe Seneqal millisi ilə DÇ-2018-də iştirak edib.


Xəbər xətti