Şəhriyar Məmmədyarov mükafatına qovuşdu - FOTO

15:49 3 Avqust 2018

İsveçrənin Bil şəhərində keçirilən şahmat üzrə beynəlxalq turnirin qaliblərinə mükafatlar təqdim olunub.

 

Sportarena.az xəbər verir ki, turnirin qalibi azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova mükafatı səfir Xanım İbrahimova təqdim edib.

 

Xatırladaq ki, Azərbaycan təmsilçisi yarışın başa çatmasına bir tur qalmış şahmat turnirinin qalibi olub. O, 9-cu turda 57-ci gedişdə ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsen üzərində qələbə qazanıb.



Digər xəbərlər

Xəbər xətti