Azərbaycanda beynəlxalq güləş turniri keçiriləcək

10:49 4 Avqust 2018

Avqustun 5-də İmişli Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə Əməkdar məşqçi Qalib Şükürovun 50 illik yubileyi münasibətilə "Dostluq kuboku” beynəlxalq turniri keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, yarışda ölkəmizdə ilk dəfə olaraq qarışıq yaş qruplarından ibarət komandalar iştirak edəcəklər. Hər komandanın tərkibində 9 yaşdan böyük yaş qrupuna qədər olan 8 idmançı ayrı-ayrı çəki dərəcələrində komanda şəklində mübarizə aparacaq.

 

Yarışın keçirilməsində məqsəd qonşu ölkələrlə dostluq münasibətlərini və idman sahəsində əlaqələri daha da inkişaf etdirmək, Qalib Şükürovun məşqçilik fəaliyyətini təbliğ etmək və güləşin kütləviləşməsinə töhfə verməkdir.

 

"Dostluq kuboku” beynəlxalq turnirində Azərbaycan ilə yanaşı, Rusiya, Gürcüstan, İran və Özbəkistan güləşçilərinin də iştirakı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti