"Keşlə"nin futbolçusundan vida paylaşımı

15:17 4 Avqust 2018

Rumıniyanın "Universitatya Krayova" klubu ilə anlaşan “Keşlə”nin sabiq futbolçusu Sezar Meza Kolli vida mesajı paylaşıb.

 

Sportarena.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi sosial şəbəkə hesabından bunları yazıb:

 

"Bu mesajımda məni bu aylar ərzində ən yaxşı insan və ən yaxşı oyunçu kimi hiss etdirmələrində göstərdikləri köməyə görə, rəhbərliyə, məşqçi heyətinə və komanda yoldaşlarıma minnətdarlığımı bildirirəm. Hamınıza möhtəşəm mövsüm arzu edirəm. Təşəkkürlər, "Keşlə"! Hər şey üçün çox sağ ol, Azərbaycan!"

 

25 yaşlı futbolçu karyerası ərzində "Çezena", "Alaves", "Pavia" və "Zirə" kimi klublarda çıxış edib.


Digər xəbərlər

Xəbər xətti