Yeni transferi "Sumqayıt"ı Portuqaliya klubuna dəyişdi

16:13 4 Avqust 2018

"Sumqayıt"ın bir müddət əvvəl Avstriyanın “Qarabağ Vyana” klubundan heyətinə cəlb etdiyi sağ cinah müdafiəçisi Dmitri Nağıyev karyerasını Portuqaliyada davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, 22 yaşlı futbolçu Portuqaliyanın 1-ci divizionunda çıxış edən "Kova da Piedade" klubu ilə bir illik müqavilə imzalayıb.

 

Nağıyev "Sumqayıt"la müqavilə imzalayanda “xaricdən təklif olarsa, sərbəst qalmaq hüququna malikdir” bəndi salıbmış. Bu səbəbdən də “kimyaçılar” futbolçunun gedişinə əngəl ola bilməyib.


Xəbər xətti