İquain: "Alleqri ilə aramda fikir ayrılığı var idi"

17:38 4 Avqust 2018

Qonsalo İquain “Milan”a keçidini şərh edib.

 

Sportarena.az xəbər verir ki, argentinalı forvard bildirib ki, böyük tarixi olan komandaya transfer olunub:

 

“Burada olduğum üçün böyük əmək sərf edən “Milan”a təşəkkür edirəm. Bu, mənim üçün yeni çağırışdır. Mənə göstərilən etimadı doğruldacağıma inanıram.  Mən böyük tarixi olan kluba transfer oldum. “Milan” layiq olduğu yerə qayıtmalıdır. Alleqri ilə aramda fikir ayrılığı var idi. Lakin burada olmağıma səbəb bu deyil. Keçidimdə Leonardo böyük rol oynadı. Özümüzə inanmalıyıq”.


Digər xəbərlər

Xəbər xətti