"Sabah"dan 3 transfer

14:25 5 Avqust 2018

Topaz Premyer Liqasında debütə hazırlaşan “Sabah” heyətini 3 gənc futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, 19 yaşlı müdafiəçi Elçin Əsədov, 21 yaşlı hücumçu Əlibəy Məmmədli və 22 yaşlı qapıçı Aydın Bayramov bundan sonra bu komandanın uğurları üçün çalışacaqlar. Əsədov və Məmmədli ilə 2, Bayramovla isə 1 illik müqavilə bağlanıb.


Xəbər xətti