Türkiyədə "Periscope"a giriş məhdudlaşdırılı - Super Liqanın oyunlarına görə

15:14 5 Avqust 2018

Türkiyədə Super Liqa oyunları zamanı “Periscope” sosial şəbəkəsinə giriş qadağan edilib.

 

Sportarena.az xəbər verir ki, buna səbəb Türkiyənin "Digitürk" media platformasının məhkəməyə müraciəti olub. İstanbul məhkəməsi bu müraciəti haqlı sayaraq, Super Liqa oyunları zamanı "Periscope"a girişi məhdudlaşdırıb. Yalnız matçlar bitdikdən sonra sosial şəbəkəyə giriş məhdudiyyəti aradan qalxacaq. 

 

Türkiyə Super Liqasının oyunlarının yayım hüquqları "Digitürk"ə məxsusdur. "Digitürk"ün məhkəməyə müraciətinə səbəb, “Periscope” istifadəçilərinin matçları icazəsiz olaraq canlı paylaşması olub.

 

Qeyd edək ki, Türkiyə Super Liqasında yeni mövsüm avqustun 10-da, “Ankaragücü” - “Qalatasaray” oyunu ilə start götürəcək.


Xəbər xətti