"Barselona" Poqbaya görə hərəkətə keçdi

15:40 5 Avqust 2018

Fransa millisinin yarımmüdafiəçisi Pol Poqbanın agenti Mino Rayola futbolçunun “Barselona”ya mümkün transferini müzakirə etmək üçün “Mançester Yunayted” rəhbərliyi ilə görüşəcək.

 

Sportarena.az xəbər verir ki, bu keçidə razılıq verilsə, “Barselona” qarşı tərəfə 100 milyon funt (112 milyo avro) təzminat ödəyəcək.

 

Bundan əvvəl yayılan xəbərə görə, Fransa millisi ilə DÇ-2018-in qalibi Poqba baş məşqçi Joze Mourinyonun xahişini rədd edərək istirahətini yarımçıq buraxmayıb. Bu da onların münasibətinin soyumasına səbəb olub.

 

Poqbanın MY ilə müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatır. O, bu kluba 2016-cı ildə 94.5 milyon funt (105 milyon) avro qarşılığında “Yuventus”dan keçib.


Digər xəbərlər

Xəbər xətti