Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

16:17 5 Avqust 2018

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”la BATE (Belarus) arasındakı ilk qarşılaşmadan öncə baş tutacaq mətbuat konfransları və oyunöncəsi son məşqlərin vaxtı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, rəqib komandanın baş məşqçisi Aleksey Baqa avqustun 6-da, saat 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. BATE-nin oyunöncəsi son məşqi isə saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

 

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov isə "Azərsun Arena"nın mətbuat zalında saat 20:00-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 20:15-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

Qeyd edək ki, klub tərəfindən ayrılmış avtobus media mənsublarını saat 19:20-də Tofiq Bəhramov adına Respublika stadionundan "Azərsun Arena"ya aparacaq və komandanın məşqindən sonra yenidən Respublika stadionuna qaytaracaq.


Digər xəbərlər

Xəbər xətti