MY "Tottenhem"in futbolçusunu transfer edir

17:24 5 Avqust 2018

"Mançester Yunayted" növbəti transferini həll etmək üzrədir.

 

Sportarena.az xəbər verir ki, "qırmızı şeytanlar" "Tottenhem"in müdafiəçisi Tobi Alderveyreldi rənglərinə qatmağa yaxındır. Belçika millisinin üzvü üçün göndərilən 67 milyon avroluq təklif "Tottenhem" tərəfindən qəbul olunub. Müqavilənin digər detallarının müzakirəsindən sonra bu transfer 48 saat ərzində açıqlanacaq.

 

Qeyd edək ki, 29 yaşlı müdafiəçi 2015-ci ildə 11,5 milyon funt-sterlinq qarşılığında "Atletiko"dan transfer edilib.


Digər xəbərlər

Xəbər xətti