“Qarabağ” - BATE cütünün pley-offdakı rəqibi müəyyənləşdi - YENİLƏNİB

14:19 6 Avqust 2018

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, Çempionlar Liqasında mübarizəni davam etdirən "Qarabağ"ın bu yarışdakı potensial rəqibi də müəyyənləşib. ÇL-in 3-cü təsnifat mərhələsində Belarus BATE-si ilə qarşılaşacaq “Qarabağ” püşk zamanı Çempionlar Liqasında səpələnməmişlər sırasında yer almışdı. Püşkün nəticəsinə görə, "Qarabağ" BATE səddini adlasa, Çempionlar Liqasının pley-off mərhələsində Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.

 

Pley-off mərhələsinin ilk oyunları 21-22 avqust, cavab görüşləri isə 28-29 avqust tarixlərində keçiriləcək.

 

Çempionlar Liqası, pley-off mərhələsi

Çempionlar Yolu
Srvena Zvezda (Serbiya) / Spartak (Trnava, Slovakiya) cütünün qalibi - Zalsburq (Avstriya) / Şkendiya (Makedoniya) cütünün qalibi
Qarabağ (Azərbaycan) / BATE (Belarus) cütünün qalibi - PSV (Hollandiya)
Yanq Boyz (İsveçrə) - Astana (Qazaxıstan) / Dinamo (Zaqreb, Xorvatiya)
Malmö (İsveç) / Videoton (Macarıstan) cütünün qalibi - Seltik (Şotlandiya) / AEK (Afina, Yunanıstan) cütünün qalibi

 

Liqa Yolu
Benfika (Portuqaliya) / Fənərbaxça (Türkiyə) cütünün qalibi - PAOK (Yunanıstan) / Spartak (Moskva, Rusiya) cütünün qalibi
Slaviya (Praqa, Çexiya) / Dinamo (Kiyev, Ukrayna) cütünün qalibi - Standard (Belçika) / Ayaks (Hollandiya) cütünün qalibi

 


Xəbər xətti