Azərbaycan Premyer Liqasında 60-cı komanda

11:59 6 Avqust 2018

Bu həftə Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünə start veriləcək.

 

Sportarena.az xəbər verir ki, 27-ci dəfə təşkil olunan yarışın ilk turu bir debütlə əlamətdar olacaq. Belə ki, 1-ci diviziondan Premyer Liqaya vəsiqə qazanan “Sabah” ilk dəfə Azərbaycan çempionatının yüksək dəstəsində mübarizə aparacaq. Debütant yarışın tarixinə yubiley - 60-cı komanda kimi düşəcək.

 

Bunadək keçirilən 26 turnirdə 59 klub mübarizə aparıb.


Digər xəbərlər

Xəbər xətti