"Sabah"da 2 itki

12:34 6 Avqust 2018

Topaz Premyer Liqasının I turunda "Keşlə"nin qonağı olacaq "Sabah" ciddi itkilərlə üzləşib.
 
 
Sportarena.az xəbər verir ki, debütant səfər qarşılaşmasında iki futbolçunun - Cavid İmamverdiyev və Filip İvanoviçin xidmətindən istifadə edə bilməyəcək.
 
İmamverdiyev iki gün öncə məşqlərin birində əzələsini dartıb və təxminən 2 həftə komandadan ayrı düşəcək. İvanoviç isə Türkiyə toplanışı zamanı xəsarət alıb. Onun ikinci turun oyununa qədər tam hazır olacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti