UEFA-dan "Qəbələ"yə sərt cəzalar

12:51 6 Avqust 2018

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov və futbolçusu Təmkin Xəlilzadə UEFA tərəfindən cəzalandırılıb.

 

Sportarena.az-a bu barədə klubdan məlumat verilib.

 

Sənan Qurbanova və millimizin də üzvü olan Təmkinə cəza Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Proqress"lə cavab oyunundakı xoşagəlməz olaylarla bağlı verilib. UEFA Təmkin Xəlilzadəni 4, Sənan Qurbanovu 2 oyunluq cəzalandırıb.

 

Təmkin “Proqres”lə matçda rəqib futbolçuya zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə almışdı. Qurbanov isə texniki zona qaydalarını pozduğu üçün cəzalanıb.

 

“Qəbələ”nin bu qərara etiraz edəcəyi nəzərdə tutulmayıb.

“Qəbələ” Lüksemburqdakı oyunda 1:0 hesabı ilə qalib gəlsə də, evdəki ilk görüşdə 0:2 hesabıyla uduzduğundan, Avroliqada mübarizəni dayandırmışdı.


Digər xəbərlər

Xəbər xətti