"Keşlə"dən “Universitatya Krayova”ya - RƏSMİ

14:34 6 Avqust 2018

“Keşlə”dən ayrılan Sezar Meza Kollinin Rumıniyanın “Universitatya Krayova” klubuna keçidi rəsmiləşib.

 

Sportarena.az xəbər verir ki, 27 yaşlı paraqvaylı yarımmüdafiəçi Rumıniyanın yüksək dəstəsində çıxış edən klubla 3 illik müqavilə bağlayıb. Bu barədə Krayova təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Azərbaycanda “Zirə”nin də formasını geyinən Sezar Meza Kolli ötən ay “Keşlə” ilə müqaviləsinin müddətini daha bir il uzatmışdı. O, ötən mövsüm paytaxt komandası ilə Azərbaycan kubokunun qalibi olub.


Digər xəbərlər

Xəbər xətti