"Qarabağ" BATE-ni keçə bilməsə...

15:57 6 Avqust 2018

Hazırda Çempionlar Liqasında mübarizə aparan “Qarabağ”ın Avropa Liqasındakı potensial rəqiblərinin adı məlum olub.

 

Sportarena.az xəbər verir ki, bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının və Avropa Liqasının pley-off mərhələsinin püşkatması olub. ÇL-in 3-cü təsnifat mərhələsində BATE (Belarus) ilə görüşücək “Qarabağ” bu rəqibini keçsə, pley-offda Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.

 

Ağdam təmsilçisi BATE səddini keçə bilməsə, mübarizəni Avropa Liqasında davam etdirəcək. “Köhlən atlar”ın burdakı rəqibi isə "Şerif" (Moldova) / "Valyur" (İslandiya) cütünün qalibi olacaq.

 

Avroliqanın pley-off mərhələsinin oyunları avqustun 23-də və avqustun 30-da keçiriləcək.


Xəbər xətti