“Qarabağ” uduzdu - YENİLƏNİB

22:57 7 Avqust 2018

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb.

 

Sportarena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 3-cü təsnifat mərhələsi çərçivəsində Belarusun BATE klubu ilə mübarizə aparıb.

 

“Qarabağ” bu rəqibi ilə ilk oyunu evdə keçirəcək. Bu üzdən də səfər oyunu öncəsi sərfəli nəticə qazanmaq mütləq idi. Ancaq gözlənilənlərin əksinə təmsilçimiz 0:1 hesabı ilə məğlub olaraq işini çətinə salıb.

 

Qeyd edək ki, bu cütün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV klubu ilə üz-üzə gələcək. Məğlub olan komanda isə Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valyur" (İslandiya) cütünün qalibi ilə mübarizə aparacaq.

 

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi

7 avqust

21:00 Qarabağ - BATE 0:1

Qol: S. Draqun, 36.
Hakimlər: Andreas Ekberq, Mehmet Kulum, Stefan Hallberq, Kristoffer Karlsson (hamısı İsveç).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


Xəbər xətti