"Real"ın istədiyi futbolçuya 120 milyon qiymət qoydular

10:47 7 Avqust 2018

“Valensiya”nın baş məşqçisi Qarsiya Toral komandanın hücumçusu Rodriqonun transfer qiymətini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, 52 yaşlı mütəxəssis İspaniyanın “Marca” nəşrinə açıqlamasında bunları deyib:

 

“Rodriqo bizim futbolçumuzdur. Müqaviləsində "120 milyon avroya sərbəst qalır" maddəsi var. Rodriqonu istəyən klub bu məbləği ödəməlidir”.

 

İspaniyalı forvardla “Real” yaxından maraqlanır. “Kral klubu”nun yeni baş məşqçisi Xulen Lopeteqi 27 yaşlı futbolçunu komandasında görmək istəyir.

 

Rodriqo son mövsümdə “Valensiya”nın heyətində 48 qarşılaşmada iştirak edib və 21 qolla yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti