"Real"ın düşərgəsində qalmaqal - Məşqə çıxmaqdan imtina etdi

12:25 7 Avqust 2018

“Real”ın yarımmüdafiəçisi Mateo Kovaçiç komanda ilə məşqə çıxmaqdan imtina edib.

 

Sportarena.az xəbər verir ki, Kovaçiç “Real”ı tərk etməkdə israrlıdır və klub rəhbərliyindən buraxılmasını tələb edir. O, avqustun 6-da “Real”ın Valdebarasdakı bazasına gələrək, rəhbərliklə söhbət edib.

 

Buna qədər isə Kovaçiç komandanı tərk etmək istədiyi barədə rəhbərliyə 3 dəfə məlumat verib. O, baş məşqçi Xulen Lopeteqi ilə də söhbət edib.

 

Futbolçu oyun praktikasının azlığını əsas gətirərək, başqa komandaya keçmək niyyətindədir. Ancaq “Real” rəhbərliyinin bu məsələ ilə bağlı ona konkref fikir bildirmədiyi də deyilir.


Digər xəbərlər

Xəbər xətti