Daha bir klub Birinci Diviziondan imtina etdi

Sportarena.az      7 Avqust 2018, 14:21

Daha bir klub futbol üzrə Azərbaycanın birinci divizionunda iştirakdan imtina edib.

 

Sportarena.az xəbər verir ki, söhbət Bakının “Binə” klubundan gedir. Bu barədə klub prezidenti Teymur Həsənli açıqlama verib.

 

Klub olaraq divizionda iştirakdan imtina etdiklərini söyləyən Həsənli bildirib ki, aşağı liqa ətrafında baş verənlər nə şəxsinə, nə də kluba yaraşan nəsnələrdir. Klub prezidenti onu da əlavə edib ki, “Binə” başqa liqalar üzrə yarışa bilər. Həsənli onu da əlavə edib ki, bundan sonra daha çox aşağı yaş qruplarının inkişafına diqqət ayrılacaq.

 

“Binə” klubu birinci divizionda ötən mövsüm debüt edib. Bakılılar mövsümü 7-ci pillədə başa vurub.

 

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin məlum qərarlarından sonra “Qəbələ”nin əvəzedici komandası da birinci diviziondan iştirakdan imtina edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin