"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?

14:37 7 Avqust 2018

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la Belarusun BATE klubu arasında keçiriləcək ilk oyuna bilet satışı davam edir.

 

Sportarena.az xəbər verir ki, bu gün keçiriləcək qarşılaşmaya artıq 23 min bilet satılıb. Bilet satışının oyunun saatına qədər davam edəcəyini nəzərə alsaq, bu rəqəmin xeyli artacağını gözləmək olar.

 

Qeyd edək ki, “Qarabağ” - BATE oyunu bugün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.


Xəbər xətti