"Qəbələ" ilk tura hazırlaşır

15:16 7 Avqust 2018

“Qəbələ” Topaz Premyer Liqasının 2018/19 mövsümünün ilk turunun hazırlığına start verib.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” “Səbail”lə avqustun 12-də keçiriləcək qarşılaşmaya Bakıda hazırlaşır. Avqustun 4-də keçirilən “Keşlə” ilə yoxlama oyunundan (2:0) sonra bir günlük istirahətə buraxılan komanda bu gün bir araya gəlib. “Qəbələ” “Bakı” FK-nın təlim-məşq bazasında hazırlıq keçib. Günün ikinci yarısına təsadüf edən məşq prosesi fiziki hazırlıqla başlayıb. Ardınca futbolçular toplu çalışmaları yerinə yetiriblər.

 

Xatırladaq ki, avqustun 12-də keçiriləcək “Qəbələ” – “Səbail” matçı saat 19:00-da başlayacaq. Oyun Qəbələ şəhər stadionunda keçiriləcək.


Xəbər xətti