BATE sarı, "Qarabağ" isə...

15:34 7 Avqust 2018

BATE Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Qarabağ"la səfər oyununa sarı rəngli forma ilə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə Belarus klubunun saytı məlumat yayıb. Qapıçı isə qırmızı rəngdə forma geyinəcək.

 

"Qarabağ" isə sözügedən ev matçda ənənəvi qara rəngdə forma ilə oynayacaq.

 

Xatırladaq ki, "Qarabağ" - BATE görüşü bu gün saat 21:00-da başlayacaq.


Xəbər xətti