BATE-nin baş məşqçisi: "Hələ heç nə olmayıb"

23:38 7 Avqust 2018

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Qarabağ” – BATE matçından (0:1) sonra keçirilən mətbuat konfransında Belarus təmsilçisinin baş məşqçisi Aleksey Baqa jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, mütəxəssis cavab görüşündə işlərinin çətin olacağını bildirib:

 

– Qələbədə həlledici amil nə oldu?

– Qol vurduq. Əsas olan budu. Hesabı ilk açdıq, bundan sonra “Qarabağ” hücuma keçməyə başladı. Bu da işimizə yaradı.

 

– Yekun nəticə tərəflərin gücünü əks etdirirmi?

– Demək çətindi. Hələ heç nə bitməyib. “Qarabağ”da da təhlükəli epizodlar oldu.

 

– Təcrübənizdə səfərdə qalib gəlib növbəti mərhələyə yüksəlməmək olubmu?

– Açığı, hal-hazırda yadımda deyil. Azarkeşlər çox səs-küylü idi.

 

– İkinci oyunda da hesabı qorumağa çalışacaqsınız, yoxsa yenə aqressiv oyun göstərəcəksiniz?

– Bizim hələ bir həftə vaxtımız var. Bizim üçün çox çətin oyun olacaq. Fiziki cəhətdən oyunçularım yorulub. Futbolçuların durumundan çox şey asılı olacaq. Hazırlaşacağıq. Bu haqda düşünməyə vaxtımız var.

 

– Oyunda “Qarabağ” haqda öyrəndikləriniz öz əksini tapdımı?

– “Qarabağ”ın bir neçə oyununa baxmışdıq. Rəqibin heyəti güclüdü. Yaxşı oyunçulardan ibarətdi. Qarşımızda olan “Qarabağ” gözlədiyimiz komanda idi.

 

– BATE bu oyunda PSV-yə bütün kartların göstərdimi?

– Bu haqda danışmaq hələ çox tezdi. Onlar burdadısa, həm “Qarabağ”a, həm də bizə hörmətlə yanaşırlar.


Xəbər xətti