"Çelsi"dən rekord məbləğdə transfer

14:52 8 Avqust 2018

"Çelsi" qapıçı transfer reallaşdırıb.

 

Sportarena.az xəbər verir ki, "zadəganlar" "Atletik"in qapıçısı Kepa Arrisabalaqanl transfer edib. 23 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb. Bu keçid London klubuna 80 milyon avroya başa gəlib. Bununla da İspaniya millisinin üzvü futbol tarixinin ən bahalı qapıçı transfer olub.

 

Bir müddət əvvəl "Liverpul" "Roma"nın qapıçısı Alisson Beker üçün 75 milyon avro ödəmişdi.

 

Qeyd edək ki, Arrisabalaqa Bilbao təmsilçisinin yetirməsidir.

 


Xəbər xətti